“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunur.

Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Premyer Liqanın 14-cü turunun “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Birinci divizionun 13-cü  turunun MOİK – “Neftçi-2” matçının 77-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 13-cü  turunun “Keşlə-2” – “Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Sahil Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

Birinci divizionun 13-cü  turunun “Turan Tovuz” – “Zirə-2” matçının 90+2-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Raul Musayev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 13-cü  turunun “Ağsu” – “Zaqatala” matçının 40-cı dəqiqəsində “Ağsu” klubunun futbolçusu Məhəmməd Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun “Sabah-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 13-cü  turunun “Sumqayıt-2” – “Səbail-2” matçı “Səbail-2” klubuna görə 10 dəqiqə gec başladığı üçün klub 80 manat cərimə olunur.