“Qəbələ”dən mövsümün ilk transferi

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, sözügedən klub kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb.

27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib.

O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button