“Sumqayıt” “Qəbələ”yə də uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasov yetirmələrini yerli “Qəbələ” ilə görüşdə sınaqdan keçirib.

Avropa Liqasında mübarizə aparacaq Sumqayıt təmsilçisi bu oyundan məğlub ayrılıb.

“Sumqayıt” daha öncə “Neftçi”yə 0:3, “Sabah”a 0:1 hesabıyla uduzmuşdu. “Qəbələ” də daha öncə qarşılaşdığı “Zirə”ylə qolsuz bərabərliyə razılaşdığı halda “Səbail”ə 1:2 hesabıyla yenilmişdi.

Yoxlama oyunu

5 avqust

Qəbələ – Sumqayıt 2:1
Qol
: Murad Musayev, 19, Ülvi İsgəndərov, 55 – Elvin Bədəlov, 60.