“Yuventus”u tərk edəcək – xorvat futbolçu

“Yuventus”un yarımmüdafiəçisi Marko Pyatsa bu yay Turin klubunu tərk edəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Salernitana” 27 yaşlı xorvatla maraqlanır.

Yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Torino”da çıxış edib. O, bütün turnirlərdə 26 matçda 3 qol vurub.

Pyatsanın “Yuventus”la müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button