![](https://komanda.az/wp-content/uploads/2019/01/voleybol.jpg)
Püşk atıldı: Azərbaycan millisinin rəqibləri məlum oldu
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
![](https://komanda.az/wp-content/uploads/2019/01/voleybol.jpg)
Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində bu gün keçirilmiş püşkatmada Azərbaycan millisinin də rəqibləri məlum olub. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Hollandiya, Xorvatiya, Macarıstan, Rumıniya və Estoniya komandalar ilə birgə C qrupunda yer alıb.
Qrupun görüşləri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Avropa çempionatının oyunları isə 23 avqust-8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) təşkil olunacaq. Reqlamentə görə, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan
B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya
C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya
D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə
Bizi Facebook-da izləyin