
“Tottenhem” amerikalı futbolçunun transferində daha şanslıdır
“Milan”ın vingeri Kristian Pulişiçi transfer etmək uğrunda mübarizədə ən şanslı klub məlum olub.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, amerikalı futbolçunun transferində əsas favorit “Tottenhem” hesab olunur. London təmsilçisi Pulişiçin nümayəndələri ilə danışıqlarda digərlərindən daha aktiv mövqe sərgiləyir.
Bununla yanaşı, “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” kimi klublar da 27 yaşlı futbolçunun vəziyyəti ilə maraqlanıb. Ancaq iddiaya əsasən, londonlular bu yarışda bir addım öndədir.
Pulişiçin “Milan”la müqaviləsinin müddətinin bitməsinə ilyarm qalıb. Bu isə İtaliya klubunu onun gələcəyi ilə bağlı qərar verməyə məcbur edə bilər. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 21 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



