
“Məktəbdə heç kim Avropa futbolu haqqında danışmırdı”
“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç məktəb illərini Avropa futbolundakı hadisələrdən tamamilə təcrid olunmuş şəkildə necə keçirdiyini yada salıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı futbolçu UEFA Çempionlar Liqası oyunlarını müzakirə edəcək heç kiminin olmadığını söyləyib:
“Məktəbdə heç kim Avropa futbolu haqqında danışmırdı. Ən yaxşı halda, dünya çempionatının ABŞ-də keçirildiyini və Amerika millisinə azarkeşlik etməyə hazır olduqlarını bilirdilər. Amma məktəb mənə dəyərli biliklər verdi. Mən nəzakətli və səbirli olmağı öyrəndim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



