PSJ və “Monako”dan növbəti qələbə

Fransa Liqa 1-də 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 6 oyun baş tutub.

“Tuluza” – “Olimpik” (Marsel) oyununda qalib müəyyənləşməyib. “Havr” evdə “Mets”ə, “Reyms” “Monpelye”yə uduzub. “Lill” “Strasburq”u xalsız yola salıb.

“Brest”in qonağı olan “Monako” turu inamlı qələbə ilə başa vurub.

Lider PSJ də Lion “Olimpik”ini xalsız yola salıb.

PSJ hazırda 66 xalla vahid liderdir. “Monako” 55 xalla 2-ci, “Brest”  53 xalla 3-cüdür. “Lill” 52, “Nitsa” 47, “Lans” 46, “Renn” 42, Lion “Olimpik”i 41, Marsel “Olimpik”i və “Reyms” 40 xal toplayıblar.

Fransa Liqa 1
30-cu tur

19 aprel

Nitsa – Loryan 3:0
Qollar
: Sanson, 22. Boqa, 53. Gessan, 89.

20 aprel

Nant – Renn 0:3
Qollar
: Kalimuendo, 67. Buriqe, 76. Quiri, 90+1.

Lans – Klermon 1:0
Qol
: Sotoka, 3-pen.

21 aprel

Havr – Mets 0:1
Qol
: Mikautadze, 46.

Lill – Strasburq 1:0
Qol
: David, 12.

Reyms – Monpelye 1:2
Qollar
: Aqbadu, 66 – Saqnan, 26. Əl-Tamari, 86.

Brest – Monako 0:2
Qollar
: Zakariya, 40. Minamino, 48.

Tuluza – Olimpik (Marsel) 2:2
Qollar
: Nikolaysen, 45+1. Qboho, 82 – Onana, 38. Mumbaqna, 90+5.

PSJ – Olimpik (Lion) 4:1
Qollar
: Matiç, 3-öz qapısına. Beraldo, 6. Q.Ramos, 32; 42 – Nuama, 37.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button