PSJ və “Milan”ın sabiq üzvü yenidən Fransa klubunda

Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Jeremi Menezin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 32 yaşlı vinger ölkəsinin “Paris” klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Menezin son klubu Meksika təmsilçisi “Amerika” olub. “Soşo”nun yetirməsi olan yarımmüdafiəçi, karyerası ərzində “Monako”, “Roma”, PSJ, “Milan”, “Bordo”, “Antalyaspor” klublarında da forma geyinib. Fransa yığmasında 24 oyuna çıxan futbolçu 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button