
PSJ Reşford üçün “pusqu”da dayanıb
PSJ yayda “Mançester Yunayted”in vingeri Markus Reşfordu heyətinə qatmağa cəhd göstərə bilər. 28 yaşlı futbolçu hazırda mövsümü icarə əsasında “Barselona”da keçirir.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Paris klubu Reşfordla uzun müddətdir maraqlanır.
Bildirilir ki, “Barselona” icarə müddəti başa çatdıqdan sonra futbolçunun 30 milyon avro dəyərində olan satınalma şərtini aktivləşdirə bilməsə, PSJ yayda transfer uğrunda mübarizəyə qoşulacaq.
Bununla yanaşı, vurğulanır ki, Reşfordun özü Kataloniya klubunda qalmaq niyyətindədir. İngiltərəli vinger “Barselona” forması ilə bütün turnirlərdə 30 oyuna çıxıb, 8 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



