“Qalib “Lill” olmayacaq, biz uduzmuş olacağıq” – Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, Liqa 1-dəki çempionluq yarışından danışıb:

“Liqa 1-i qazana bilməsək, qalib “Lill” olmayacaq, biz uduzmuş olacağıq. Mənim üçün vacib olan komandama kömək etmək və çempionluqlar qazanmaqdır. Hər zaman qazanmaq istəmişəm. Əvvəllər daha eqoist idim. Bu il meydanda komanda yoldaşlarıma daha çox kömək etməyi öyrəndim”.

PSJ Liqa 1-də sona iki tur qalmış lider “Lill”dən 3 xalı geri qalaraq, ikinci sıradadır.