Poçettino: “4:1 hesabıyla qalib gəlsək də, yekunda nəticə fərqli ola bilər”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 4:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Püşkdə “Barselona” düşə biləcək ən yaxşı rəqib deyildi. Çox çalışırıq və daha yaxşısını edə bilərik. Möhtəşəm oyun oynadıq və üç həftə sonra yenidən bizi “Barselona” ilə çətin matç gözləyir.

Rəqibimizə hörmət edirik. “Barselona” möhtəşəm futbolçuları olan bir komandadır. 4:1 hesabıyla qalib gəlsək də, yekunda nəticə fərqli ola bilər. İkinci oyunu gözləyirik.

Oyundan əvvəl Kilian Mbappe məndən “Kamp Nou”da neçə dəfə qələbə qazandığımı soruşdu. Ona “sadəcə bir dəfə” dedim. Mənə sabah “iki olacaq” dedi və oldu. O, hazırda ən yaxşımızdır”.

PSJ – “Barselona” matçı martın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button