“Tək Messi deyil, bütün komanda inkişaf etməlidir” – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında “Brügge”ni (Belçika) məğlub etdikləri (4:1) oyundan sonra fikirlərini bildirib.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, Poçettino, sözügedən matçda qol vuran Kilian Mbappe və Lionel Messi haqda danışıb:

“Mbappe möhtəşəm futbolçudur. Bütün komanda olaraq yaxşı çıxış etdik. Bundan məmnunam. Çempionlar Liqasında qrup mərhələsini tamamladıq. Çıxışımızdan məmnunam.

Lionel Messinin zamana ehtiyacı var. Matçdan əvvəl onunla danışdım və bu oyunu idarə etməsini söylədim. Tək Messi deyil, bütün komanda inkişaf etməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button