Poçettino Mbappe ilə görüşdü

PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandadan ayrılacağı iddia olunan Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis, Mbappe ilə görüşdüyünü deyib:

“Bunlar bir az şəxsi məsələlərdir. Mbappe ilə görüşdüm, amma mənə ayrılacağı ilə bağlı heç nə demədi. Bir həqiqət var, o da bu mövsüm bizimlə olacağıdır. Biz də buna uyğun davranacağıq.

Mən xəyal dünyasında yaşamıram, reallığa baxıram. Mbappenin bizimlə müqaviləsi yeni mövsümün sonuna qədərdir. Yəni hazırda heyətimizdədir”.

Mbappenin adı “Real”la yanaşı hallanır.