İkardi uğrunda “müharibə”

İtaliyanın “Yuventus” klubu icarə əsasında PSJ-də çıxış edən Mauro İkardinin xidmətində maraqlıdır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” müqavilə ilə “İnter”ə məxsus olan hücumçunu transfer etmək istəyir. PSJ-nin də İkardinin transfer hüquqlarını alaraq, komandada saxlamaq istədiyi bildirilir. “Yuventus” “İnter”lə danışıqlara başlayaraq, mövsümün sonunda futbolçunu heyətinə qatmağı planlaşdırır.

PSJ ilə İkardinin müqaviləsində futbolçunu 70 milyon avro müqabilində transfer etmək bəndi var. Eyni zamanda, müqavilədə futbolçunun istədiyi vaxt transferdən imtina etməsinə icazə verən maddə də var.

“Yuventus” keçən mövsüm İkardini transfer etmək istəsə də, klubun bu cəhdi alınmamışdı.

Cari mövsümdə PSJ-nin heyətində 18 oyunda iştirak edən 26 yaşlı futbolçu, bu oyunlarda 14 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button