PSJ futbolçusunu icarəyə verdi

Fransanın PSJ klubu futbolçusu Erik Junior Dina Ebimbe ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Fransalı oyunçu cari mövsümü icarə əsasında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda keçirəcək.

Erik Junior Dina Ebimbe ötən mövsüm bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Ayntraxt” öz yarımmüdafiəçisi Yens Petter Hauqeni isə Belçikanın “Gent” klubuna icarəyə verib. 22 yaşlı futbolçunun bu mövsümün sonuna kimi Belçikada oynayacağı diqqətə çatdırılıb.

Frankfurt klubu Hauqeni ötən mövsüm İtaliya “Milan”ından icarəyə götürmüş, bu yay isə onun transfer hüquqlarını da almışdı. Norveçdən olan gənc vingerin Almaniya klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. O, daha öncə “Bodo Qlimt” və “Olesun”da da çıxış edib, Norveç yığmasında 10 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button