Ramos kubok matçını buraxa bilər

PSJ Fransa kubokunun 1/8 final mərhələsində “Nitsa” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos sözügedən matçı buraxa bilər. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Ramos komandanın son məşqində zədələnib. 35 yaşlı müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib.

Sabah keçiriləcək PSJ – “Nitsa” matçı sat 00:15-də başlayacaq.