PSJ-də “gizli” ayrılıq

PSJ futbolçusu Lassana Diarra ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb. Xəbərdə, Diarranın az şans qazandığı üçün fevralın 8-də klubla olan müqaviləsini ləğv etdiyi bildirilib. Lakin Paris təmsilçisi bununla bağlı heç bir rəsmi açıqlama etməyib.

“Transfermakt” saytı da fransız futbolçunun hazırda klubsuz olduğunu göstərib.

Karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real”, “Marsel” kimi klublarda çıxış edən Diarra, 2018-ci ilin yanvarında PSJ ilə rəsmi müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button