PSJ-dən qızıl dubl

Fransa kubokunun 2024/25 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, PSJ finalda “Reyms”i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə ölkə kubokunu qazanıb.

Qarşılaşma Parisin “Stad de Frans” stadionunda baş tutub. Matçın əsas qəhrəmanı Bredli Barkola olub, fransız 2 qol vurub və məhsuldar ötürmə edib. Digər qolu Əşrəf Hakimi vurub.

Xatırladaq ki, bundan əvvəl Luis Enrikenin komandası Liqa 1-in də qalibi olmuşdu.

Fransa Kuboku
Final

24 may

PSJ – Reyms 3:0
Qollar
: Barkola, 16; 19. Hakimi 43.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button