“PSJ-dən imtina etmək mümkün deyil” – yeni transfer

PSJ-nin yeni futbolçusu Uqo Ekitike Paris klubuna keçidini şərh edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, PSJ-dən imtinanın mümkün olmadığını deyib:

“Hər şeyin həll olunduğu Luis Kamposla tanış oldum. Bu, yaxınlarda, demək olar ki, transferdən əvvəl idi. Artıq Paris klubuna keçmək istəyirdim və Kamposla söhbət məni daha da inandırdı. Fransızsansa, PSJ-dən imtina etmək mümkün deyil”.

Ekitike 2022/2023 mövsümünün sonuna kimi “Reyms”dən icarə əsasında PSJ-yə keçib. Ötən mövsüm futbolçu Liqa 1-də 24 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button