
PSJ-dən Çempionlar Liqası matçından əvvəl təqdirəlayiq addım
PSJ-nin oyunçuları və klub prezidenti Nasser Əl-Xələfi “Hillsboro” faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
Faciə 15 aprel 1989-cu ildə, “Liverpul” və “Nottingem Forest” arasında keçirilən İngiltərə kubokunun yarımfinal oyunu zamanı baş verib və “qırmızılar”ın 97 azarkeşi həlak olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin oyunçuları və prezidenti “Enfild”də keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan əvvəl faciə qurbanlarını yad ediblər. Bundan əlavə, onlar ötən ilin iyulunda yol qəzasında həlak olan Dioqo Jota (“Liverpul”un yarımmüdafiəçisi) ilə qardaşı Andre Teyşeyra da Silvaya həsr olunmuş abidəyə də baş çəkiblər.
“Liverpul”la PSJ arasında keçiriləcək cavab matçı bu gün saat 23:00-da start götürəcək. İlk oyunda parislilər 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşma başlamazdan əvvəl “Hillsboro” faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan olunacaq və oyunçular meydana qara sarğılarla çıxacaqlar.
Bizi Facebook-da izləyin



