PSJ-dən italiyalı qapıçı üçün 50 milyon avro

“Mançester Yunayted”in qapıçısı David de Xeanı transfer edə bilməyən PSJ-nin növbəti hədəfi İtaliyadadır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, “Milan”ın 20 yaşlı qolkiperi Canluici Donnarummanı heyətinə qatmaq üçün hərəkətə keçir. “Milan” A Seriyasında ilk 4-lüyə düşməyəcəyi təqdirdə, PSJ-nin italiyalı qapıçı üçün 50 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Bundan başqa, “qırmızı-qaralar” Çempionlar Liqasına qatılmaq haqqı qazanmasa, feyr-pley qaydaları səbəbiylə bəzi futbolçularını yüksək məbləğə satmaq məcburiyyətində qalacaq.

“Milan”la 2021-ci ilədək müqaviləsi olan Donnarumma, bu mövsüm keçirdiyi 37 oyunda 32 qol buraxıb, 13 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button