PSJ-dən ayrılır, Premyer Liqaya gedir

UEFA Çempionlar Liqasının finalında “Bavariya” ilə oyundan sonra (0:1) PSJ-dən ayrılan Tyaqo Silva karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “Çelsi” 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Silva ilə danışıqlar aparan londonluların futbolçunu azad agent kimi transfer etməyə yaxın olduğu bildirilir.

Braziliyalı futbolçu 2012-ci ildən PSJ-nin uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button