Verratti: “PSJ böyük “Real”a uduzdu”

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komandasının Çempionlar Liqası ilə vidalaşması barədə fikirlərini bölüşüb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, italiyalı futbolçu, ÇL-də mübarizəni dayandırmağın çətin olduğunu deyib:

“Çempionlar Liqasından uzaqlaşmağı qəbul etmək çətindir. Amma PSJ böyük “Real”a uduzdu. Məqsədimizə çatmaq üçün hər kəs bir yerdə olmalıdır. PSJ-nin dünyanın ən yaxşı klubuna çevriləcəyini bilirəm. Sadəcə vaxt lazımdır”.

PSJ ÇL-in 1/8 final mərhələsində “Real”a uduzmuşdu.

Çempionlar Liqasının finalında “Real” və “Liverpul” komandaları qarşılaşacaq. Oyun mayın 28-də, “Stad de Frans” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button