PSJ “Arsenal”ın hücumçusu ilə maraqlanır

“Arsenal”ın hücumçusu Qabriel Martinelli İngiltərə klubunu tərk edərək Fransa liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ braziliyalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır. Paris klubu futbolçunun transferini bu yay başa çatdırmağı planlaşdırır.

Martinelli 2019-cu ilin yayından bəri “Arsenal”da oynayır. 24 yaşlı hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, bu mövsüm Premyer Liqada 26 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button