PSJ 23 milyonluq transferə hazırlaşır

“Roma”nın futbolçusu Edin Dzeko karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bosniyalı hücumçu PSJ-nin diqqət mərkəzinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda, PSJ-nin Dzekonun meneceriylə danışıqlar apardığı, ancaq “Roma” ilə hələ əlaqələrin qurulmadığı bildirilir. PSJ Dzekonun transferini 23 milyon avroya həll etmək niyyətindədir.

33 yaşlı hücumçu bu mövsüm “Roma” ilə 37 qarşılaşmada iştirak edərək, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button