PSJ 2 futbolçusunu satışa çıxaracaq

PSJ qış transfer pəncərəsində iki futbolçusu ilə yollarını ayıracaq.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, müdafiəçi Leyvin Kurzava və hücumçu Uqo Ekitike komandadan göndəriləcək. 

PSJ sözügedən futbolçuları klubun büdcəsi üçün əlavə yük hesab edir. Buna görə də, onlar bu qış transfer pəncərəsində satışa çıxarılacaqlar.

Uqo Ekitike və Leyvin Kurzava bu mövsüm Fransa çempionatında hərəyə cəmi 1 oyun keçiriblər. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button