PSJ 1,7 milyon izləyici itirib – Messiyə görə

Lionel Messinin gedişi ilə əlaqədar 1,5 milyondan çox insan PSJ-nin sosial şəbəkələrində abunəliyini dayandırıb.

Komanda.az GFFN-ə istinadən xəbər verir ki, Messinin gedişi ilə bağlı açıqlamadan az əvvəl PSJ-nin “instaqram”da 70,4 milyon izləyicisi var idi. İndi isə səhifənin izləyiciləri 1,7 milyon azalaraq, 68,7 milyon olub.

Həmçinin, on minlərlə izləyici PSJ-nin “tivtter”dəki hesabında abunəlikdən çıxıb.

PSJ argentinalı hücumçunun gedişini iki gün əvvəl, “Klermonl”a mövsümün son oyununa (2:3) az qalmış elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button