Prosineçki Yunanıstan klubunun baş məşqçisi ola bilər

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki Yunanıstanın AİK komandasını çalışdıra bilər.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı məşqçi hazırda bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.

Afina təmsilçisinin hazırda işsiz olan Prosineçki ilə danışıqlara başlayacağı gözlənilir.

Son olaraq Türkiyədə “Dənizlispor”u çalışdıran Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button