ÇL: “Problemlərimiz məni narahat edir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun matçında “Antverpen”lə oyunda məğlubiyyəti (2:3) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, ardıcıl iki pis nəticəyə görə komandanın özünü narahat hiss etdiyini söyləyib:

“Çətin matç oldu. “Antverpen” hücumda aqressiv, müdafiədə yaxşı idi. Biz o qədər də yaxşı deyildik. Təbii ki, problemlərimiz məni narahat edir. Komanda indi özünü narahat hiss edir, ardıcıl iki pis nəticəmiz var. Özümüzü tənqid etməliyik. İndi yaxşılaşmağın vaxtıdır. Rəqiblərimiz şanslar yaradır və bizi hədələyir. Biz daha çox hücuma keçməliyik və bu, oyunumuzda iz buraxır.

Məqsədimizə çatdıq və qrup qalibi olduq. İndi qrup mərhələsinin əvvəlindəki müsbət təəssüratları pley-offa köçürməliyik. Uğursuz dinamikanı kəsmək lazımdır. Biz püşkatmada “seçilmiş” olacağıq. Rəqibimizin kim olacağı maraqlıdır, amma indi ilk növbədə özümüz haqqında düşünməliyik”.

“Barselona” Çempionlar Liqasının H qrupunda 6 turdan sonra 12 xalla birinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button