Premyer Liqaya ikinci vəsiqənin sahibi müəyyənləşdi

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Şeffild Yunayted” Çempionşipdə mövsümün başa çatmasına 2 tur qalmış elitaya vəsiqəni təmin edib.

Sözügedən komanda buna 38-ci turda “Vest Bromviç”i evdə 2:0 hesabıyla məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarının sayını 85-ə çatdıran Şeffild təmsilçisi, ikinci pilləni təmin edib.

Daha öncə liderliyi və çempionluğu təmin etmiş “Bernli” də (95 xal) Premyer Liqaya yüksəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button