Premyer Liqanın autsayderi də Türkiyəyə gedir

“Sumqayıt”ın qış təlim-məşq toplanışı planı məlum olub.

Komanda.az kluba istinadən xəbər verir ki, “kimyaçılar” mövsümün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək.

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Amma rəqiblərin kimliyi hələ məlum deyil.

Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button