“Qovmazlarsa, burda qalacam” – Qvardiola

Premyer Liqanın 26-cı turundan təxirə salınmış oyunda “Vest Hem”i məğlub edən “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola matçdan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis “şəhərlilər”dəki gələcəyi haqda da danışıb:

“Bir kişi düz olduğuna inandığı şey üçün mübarizə aparmalıdır. Biz meydanda peşəkar insanlarıq. Meydandan kənar faktorlar üçün nəsə edə bilmirik. Mövsümün sonuna qədər xüsusilə, komandanı sevən insanlarla birlikdə nə edəcəyimizi danışdıq. Oynaya biləcəyimiz ən gözəl oyunu oynamağa çalışacağıq.

Məni qovmazlarsa, burda qalacam. Bu klubu sevirəm və qalmaq istəyirəm. Klub mübarizə aparmalıdır və bunu sona qədər edəcəklərindən də əminəm”.

“Mançester Siti” maliyyə qaydalarını pozmaqda ittiham olunara 2 mövsümlük avrokuboklardan uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button