Premyer Liqada son 5 ildə ən çox pul xərcləyən klub hansıdır?

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların son 5 ildəki xərcləri hesablanıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ən çox pul xərcləyən klublardan ibarət siyahıya son çempion “Mançester Siti” başçılıq edir. “Şəhərlilər” son 5 ildə 601,98 milyon funt-sterlinq xərcləyib. Siyahının ikinci pilləsində 484,88 milyon funt-sterlinqlik xərclə Mançesterin digər təmsilçisi “Mançester Yunayted” yer alıb. İlk 3-lüyü 267,88 milyon funt-sterlinqlə “Arsenal” tamamlayır.

Turnir cədvəlinin hazırkı lideri “Liverpul” isə ilk onluqda yer almayıb. Mersisayd klubu 107,58 milyon funt-sterlinqlik xərcləməylə siyahının 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button