Premyer Liqada rekord təkrarlandı

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Çelsi”yə qarşı oyun “Norviç Siti”nin hücumçusu Teemu Pukki üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, finlandiyalı hücumçu London təmsilçisinə 2:3 hesabıyla uduzduqları oyunda komandasının vurduğu ikinci qolun müəllifi olub. Bu isə onun cari mövsümdə rəqib qapılarından keçirdiyi 5-ci topdu.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında Pukkidən öncə ilk üç turda 5 qol vurmağı bacaran yeganə futbolçu Rusiya yığmasının sabiq hücumçusu Pavel Poqrebnyak idi. O, bu uğura 2012/13 mövsümündə “Fulhem”də çıxış edərkən imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button