Premyer Liqada mövsümün rekord göstəricisi

Premyer Liqada mövsümün rekordu qeydə alınıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 15-ci turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.

8-ci km stadionundakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı 3-cü turun oyununu 3300 tamaşaçı izləyib.

Tamaşaçı sayında mövsümün üçüncü göstəricisi 6-cı tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button