Karragerin seçimi: Premyer Liqa tarixində ən yaxşı 10 yarımmüdafiəçi

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Premyer Liqa tarixinin ən yaxşı mərkəz yarımmüdafiəçilərinin adlarını açıqlayıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, onun siyahısının ilk pilləsində Stiven Cerrard qərarlaşıb. İkinci yerdə Roy Kin, üçüncü pillədə isə hazırda da çıxışını davam etdirən Kevin De Bruyne yer alıb.

İlk 10-luq belədir:

Stiven Cerrard, Roy Kin, Kevin De Bruyne, Patrik Vieyra, Frenk Lampard, Nqolo Kante, Pol Skoulz, Yaya Ture, Rodri, Sesk Fabreqas.

Siyahıda yer alan futbolçulardan üçü – Kevin De Bruyne, Nqolo Kante və Rodri karyeralarını davam etdirirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button