Premyer Liqa klubunda yeni baş məşqçi

“Bornmut”u yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, ötən gün Qari O’Nillə yollarını ayıran Premyer Liqa təmsilçisini bundan sonra Andoni İraola çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İraola 2020-ci ildən İspaniyanın “Rayo Valyekano” komandasına rəhbərlik edirdi. O, La Liqa təmsilçisi ilə müddəti bu ayın sonunda bitəcək müqaviləsini yeniləməyib. İraola daha öncə “Mirandes” və AEK (Larnaka) klublarında da baş məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button