
Premyer Liqa klubunda yeni baş məşqçi
“Bornmut”un yeni baş məşqçisi açıqlanıb.
Komanda.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.
Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Marko Rouz 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər Almaniyanın “Leyptsiq” komandasını çalışdırıb. 49 yaşlı mütəxəssisin rəhbərliyi ilə “Leyptsiq” Almaniya kubokunun və Almaniya superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



