Premyer Liqa klubunda 4 yeni müqavilə

İngiltərənin “Kristal Pelas” klubu dörd futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisində müdafiəçilər Ceffri Şlupp, Martin Kelli, yarımmüdafiəçi Ceyms Makartur, eləcə də qapıçı Stiven Hendersonla yeni müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Kelli 2014-cü, Şlupp 2017-ci, Makarturla Henderson isə 2019-cu ildən “Kristal Pelas”ın uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button