Premyer Liqa klubunda yeni qapıçı

“Atletiko”nun qapıçısı İvo Qrbiç “Şeffild Yunayted”ə keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qrbiç 2020-ci ildən Madrid təmsilçisində çıxış edirdi. Xorvatiyalı futbolçu “Atletiko”da 14 oyuna çıxıb, 14 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.

“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla sonuncu – 20-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button