
Mourinyo Premyer Liqa klubunun hədəfindədir
“Benfika”nın baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, İngiltərənin top-klublarından biri portuqaliyalı mütəxəssisin mümkün dəvəti üçün “Benfika”dakı işini diqqətlə izləyir.
Adı çəkilməyən klub xüsusilə, lissabonluların UEFA Çempionlar Liqasında “Real” üzərində qazandığı qələbədən (4:2) təsirlənib. Mourinyonun komandası pley-offda madridliləri məğlub edə bilsə, Premyer Liqa klubu yayda onunla müqavilə bağlamağa çalışacaq.
Mourinyo əvvəllər İngiltərə Premyer Liqasında “Çelsi” (iki dəfə), “Mançester Yunayted” və “Tottenhem” kimi komandalara rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



