Premyer Liqa klubu milli üzvü ilə gücləndi

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu elitanın digər təmsilçisi “Bernli”dən Ceyms Tarkovskini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi olan Ceyms Tarkovski 2016-cı ildən “Bernli”nin formasını geyinirdi. O, “Bernli”dən əvvəl “Meyn Roud”, “Oldhem Atletik” və “Brentford” klublarının da formasını geyinib. İngiltərə yığmasında da oynamış futbolçu, millidə 2 matça çıxıb.