“İnter”in futbolçusu İngiltərə klubuna keçə bilər

“İnter”in yarımmüdafiəçisi Davide Frattezi klubunu dəyişə bilər. 26 yaşlı futbolçunun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçinin transferində “Nottingem Forest” maraqlıdır.

İngiltərə klubu Frattezinin mümkün keçidi ilə bağlı artıq “İnter”lə danışıqlara başlayıb.

“İnter” rəhbərliyi Frattezi üçün təxminən 35 milyon avro təklif olunacağı halda, onunla yollarını ayırmağa hazırdır. Futbolçu cari mövsümdə A Seriyasında 9 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button