Premyer Liqa klubundan 13 milyon avroluq transfer

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Bordo” klubunun hücumçusu Seku Maranı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı fransalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma “Sauthempton”un bu keçid üçün Fransa klubuna 13 milyon avro ödədiyi məlum olub.

Seku Mara “Bordo”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış hücumçu, hazırda U-21-də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button