“Mançester Siti” və “Çelsi” fransalı futbolçu ilə maraqlanır

“Bayern”in vingeri Mikael Olise karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun transferində “Çelsi” və “Mançester Siti” maraqlıdır. Hər iki klub yay transfer pəncərəsində Oliseni heyətinə qatmaq uğrunda mübarizə aparmağa hazırdır.

“Bayern” fransalı vingerlə yalnız təxminən 150 milyon avro təklif olunacağı təqdirdə yollarını ayıra bilər. Olisenin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

O, cari mövsümdə Bundesliqada 21 oyunda iştirak edib, 10 qol vurub və 16 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button