
“Liverpul”la “Nyukasl”ın hədəfindədir – Kolumbiyalı bombardir
Lissabon “Sportinq”inin hücumçusu Luis Suares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Liverpul” və “Nyukasl” maraqlanır.
Kolumbiyalı forvard bu mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 33 qol vurub və 7 məhsuldar ötürmə verib. O, 24 qolla Portuqaliya liqasında bombardirlər yarışına başçılıq edir.
Suaresin “Sportinq”lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



