“Portu”nun braziliyalısı “Milan” yolunda

Portuqaliyanın “Portu” klubunun futbolçusu Otavio karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Milan” klubu yaxından maraqlanır. Bu barədə italiyalı jurnalist Nikola Skira “tvitter” hesabında paylaşım edib. O, Otavionun yayda azad agent kimi “Milan”a keçəcəyini bildirib.

Bu mövsüm “Portu” ilə 25 oyuna çıxan Otavio 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Braziliyalı yarımmüdafiəçinin klubu ilə müqaviləsi yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button