Portuqaliyalı qapıçı Premyer Liqada klubunu dəyişə bilər

“Vulverhempton”un qapıçısı Jose Sa karyerasını “Vest Hem”də davam etdirə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin oyununu “Vest Hem” yaxından izləyir.

“Vest Hem”in portuqaliyalı baş məşqçisi Nuno Espirito Santu Sa ilə tanışdır və onun oyununu yüksək qiymətləndirir. Transfer artıq yanvarda reallaşa bilər.

Portuqaliyalı qolkiperin “Vulverhempton”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button