Portuqaliyada futbolun bərpa vaxtı müəyyənləşdi

Koronavirus səbəbiylə dayandırılan Portuqaliya çempionatının bərpa tarixi müəyyənləşib.

Komanda.az xəbər verir ki, liqa iyunun 3-də bərpa olunacaq. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Çempionat “Portimonense” – “Jil Visente” qarşılaşması ilə başlayacaq. Bundan başqa, mövsümün qalan hissəsinin təqvimi də bəllidir. Bu təqvimə görə, çempionat iyulun 18-də tamamlanacaq.